Ayandan keçmiş sevgilisinə ismarış...

5 Aprel 2019 15:17 (UTC+04:00)

Müğənni Ayan Babakişiyeva maraqlı açıqlaması ilə diqqət çəkib.

AzNews.az xəbər verir ki, Ayan Babakişiyeva "Show News" verilişində yeni eşqə düşdüyünü deyib:

"Sevirəm. Mən sevəndə başqa cür oluram, dəli kimi sevirəm. Yar sevgisi, anaya, övlada olan sevgidən başqadır". Müğənni muxbirin "Sevgidə çox əzab çəkmisiniz?" sualına "Ağır söhbətdir, bu məsələni bağla. Sevgi əzablı olur, yaşadım bitdi" deyə cavab verib.

Qeyd edək ki, Ayan Babakişiyevanın Selana adlı qızı var. Qızının atası Taekvando Federasiyasının I vitse-prezidenti Füzuli Musayevdir.

Rəqsanə

AzNews.az