“Növbəti görüşün tarixi razılaşdırılıb”

5 Aprel 2019 15:39 (UTC+04:00)

"Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinə dair növbəti görüşün tarixi razılaşdırılıb".

Bunu Moskvada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

“Tarixi razılaşdırmışıq. Mövcud öhdəliyimizə əsasən, bunu görüşdən bir neçə gün əvvəl, eyni vaxtda açıqlayırıq. Odur ki, bunu deyəcəyik, amma bir qədər sonra”, - nazir qeyd edib.(report.az)

AzNews.az