“Sovetski” sakinlərini aldadan qadınlara hökm oxundu

5 Aprel 2019 16:16 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İradə Cəfərlinin və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Cəfərli 7 il 7 ay, Y.Məmmədova isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, İ.Cəfərli evləri plana düşən “Sovetski” sakinlərinə söz verib ki, onlar üçün banklarda girov olan və hərracda ucuz qiymətə satılan evlər tapıb alacaq.

Cinayət işi üzrə 12 nəfər zərərçəkmiş var. Amma onların hamısı ev almaq istəyənlər deyil.

İ.Cəfərli Bakı Ağır Cinayətlər Məhkəməməsinin 2016-cı ildəki hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra ona şərti cəza verilib və azadlığa buraxılıb.

İ.Cəfərli vətəndaşlara özünü hüquqşünas kimi təqdim edib.(report.az)

AzNews.az