Gün ərzində daha çox hansı qidalara üstünlük verilməlidir?

5 Aprel 2019 17:21 (UTC+04:00)

"Həyat tərzindən, sənətindən, iş fəaliyyətindən asılı olaraq insan orqanizminin gündəlik enerjiyə olan tələbatı fərqlidir".

Bu sözləri AzNews.az-a açıqlamasında həkim-endokrinoloq Xuraman Rəcəbova deyib.

O bildirib ki, maddələr mübadiləsinin gedişatını zəiflədən bir çox səbəblər var.

Bunlar: hərəkətsizlik, stress, düzgün qidalanmamaq, gün ərzində su içməmək, rejimsiz yuxu.

Həkim qeyd edib ki, metabolizmi sürətləndirmək üçün aşağıdakılara diqqət etmək lazımdır:

1. Düzgün qidalanmaq lazımdır. Gün ərzində yeməklərdə daha çox lifli qidalara üstünlük verilməlidir. Meyvə, tərəvəz yeyilməlidir. Gün ərzində qətiyyən ac qalmaq olmaz!!! Bütün günü ac qalıb gecə yuxudan əvvəl yemək olmaz, çünki metabolizmə mənfi təsir edir və yuxunu pozur.

2. Gün ərzində çay qəhvə, meyvə şirələrindən əlavə orqanizmin tələbatına uyğun olaraq adi su içilməlidir (1,5-3 litrə qədər. Əlbəttə bu qayda Sağlam adamlar üçündür).

Tibbi göstərişlərə əsasən bir çox xəstəliklərdə su qəbulu məhdudlaşdırılır.

3. Gündəlik həyatda insan bacardığı qədər çalışıb hərəkətdə olmalıdır. Həftədə 2 dəfə 1,5-2 saat sırf idmanla (üzgüçülük, velosipeddə yürüş və ya rəqs) məşğul olmaq lazımdır və ya hər gün 20-30 dəqiqə açıq havada piyada gəzmək, qaçış.

4. Stressdən mümkün qədər uzaq olmaq.

5. Düzgün yuxu rejiminə keçməlidir, yəni hər gün eyni saatlarda yatmaq və eyni saatlarda yuxudan oyanmaq lazımdır.

Bundan əlavə masaj terapiyası və aromaterapiya da metabolizmi (maddələr mübadiləsini ) sürətləndirir.

Səidə Vahid

AzNews.az