Ermənistanda növbəti etiraz aksiyası

5 Aprel 2019 17:58 (UTC+04:00)

Ermənistanın “Spayka” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları mitinq keçiriblər.

Məlumatı “Newsarmenia” yayıb.

Bildirilib ki, yükdaşıma şirkətinin əməkdaşları Dövlət Gəlirləri Komitəsinin MMC-nin direktoru David Kazaryana qarşı irəli sürdüyü vergidən yayınması və gömrük rüsumunu ödəməməsi ilə bağlı ittihamlara etiraz ediblər.

Qeyd edək ki, David Kazaryan aprelin 4-də saxlanılıb.

AzNews.az