Azərbaycan-İran-Rusiya zirvə görüşünün vaxtı açıqlandı

5 Aprel 2019 18:09 (UTC+04:00)

Avqustun 14-də Azərbaycan, İran və Rusiya dövlət başçılarının görüşü keçiriləcək.

Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.

“Rəsmi nota alsaq da, biz tərəfdən rəsmi cavab verilib-verilmədiyini hələ bilmirəm. Bunu yoxlamaq üçün Bakıya qayıtmalıyam”, - deyən nazir Rusiya tərəfinin qarşıdakı sammiti hansı şəhərdə keçirilməsini dəqiqləşdirəcəyini də qeyd edib.

AzNews.az