Madriddə 13 mərtəbəli binada partlayış: 16 nəfər xəsarət aldı

5 Aprel 2019 19:06 (UTC+04:00)

İspaniyanın paytaxtı Madriddə 13 mərtəbəli binada partlayış qeydə alınıb.

Hadisə məişət qazının partlaması nəticəsində baş verib.

Bildirilir ki, yanğın nəticəsində binanın yuxarı mərtəbəsi tamamilə dağılıb, 16 nəfər isə yüngül xəsarətlər alıb.
Məlumata görə, iki nəfər xəstəxanaya yerləşdirilib. Binanın və ona yaxın tikililərin sakinləri evakuasiya edilib.

Hadisə yerində tibb işçiləri və yanğınsöndürənlər çalışır. (ona.az)

AzNews.az