Tramp Meksikaya iqtisadi cərimə tətbiq etmək fikrindədir

5 Aprel 2019 20:37 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Meksikaya qarşı 500 milyard dollar məbləğində iqtisadi cərimə tətbiq etməyi planlaşdırır.

Bunu D.Tramp “Twitter” səhifəsində yazıb.

O bildirib ki, bu addım Meksikadan ABŞ-a narkotik qaçaqmalçılığı ilə əlaqədardır:

“Meksikadan və cənub sərhədlərimizdən keçirilən narkotiklərə görə 500 milyard dollar iqtisadi cəriməni nəzərdən keçirirəm. Hər il 10 mindən çox amerikalı ölür, nə qədər ailələr dağılıb!” (trend)

AzNews.az