Həftəsonu ölkədə qızıl-gümüş bazarı ucuzlaşdı

5 Aprel 2019 22:56 (UTC+04:00)

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Aprelin 5-də qızılın qiyməti aprelin 4-ü ilə müqayisədə 5,423 manat azalaraq 1 unsiya üçün 2192,184 manat təşkil edib.

Gümüş 0,0269 manat ucuzlaşaraq 1 unsiya üçün 25,7333 manata bərabər olub.

Platinin qiyməti 27,3275 manat artaraq 1513,663 manat, palladiumun qiyməti isə 62,1435 manat azalaraq 2335,528 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir. (trend)

AzNews.az