Leyboristlər Meyə şərt qoydu: "Brexit" sazişinə yenidən baxılmalıdır

5 Aprel 2019 23:36 (UTC+04:00)

Böyük Britaniya leyboristləri baş nazir Tereza Meyi “Brexit” anlaşmasına yenidən baxmağa çağırıb.

Bununla bağlı bəyanatda bildirilir ki, yalnız belə olduqda sənəd dəstək qazana bilər.

Bu arada, Leyboristlər Partiyasının “Brexit” üzrə nümayəndəsi Kir Starmer bildirib ki, təmsil etdiyi siyasi təşkilat konservatorlarla dialoqun davamında maraqlıdır.

Xatırladaq ki, Meyin rəhbərlik etdiyi hökumət bu həftə leyboristlərlə danışıqlara başlayıb. Vəziyyəti ağırlaşdıran cəhət isə ondan ibarətdir ki, nə iqtidar partiyası, nə də leyboristlər “Post-Brexit” dövrü üçün krallıqla Avropa İttifaqı arasındakı münasibətlərlə bağlı indiyədək vahid mövqe nümayiş etdirə bilməyiblər. (report)

AzNews.az