Mart ayının ən yaxşı futbolçusu Lionel Messi oldu - La Liqada

6 Aprel 2019 08:50 (UTC+04:00)

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib.

31 yaşlı argentinalı hücumçu mart ayında iştirak etdiyi 5 oyunda 7 qol vurub və bir məhsuldar ötürmə verib. Lionel Messi UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Barselona”nın heyətində Fransanın “Lyon” (5:1) klubu ilə oyunda iki qol vurub. İspaniya çempionatında isə argentinalı hücumçu “Rayo Vallekano” ilə bir, “Real Betis”lə oyunda 3, “Espanyol”la görüşdə isə 2 dəfə fərqlənib.

Qeyd edək ki, Lionel Messi cari mövsümdə “Barselona”nın heyətində keçirdiyi 39 oyunda 42 qol vurub və 21 məhsuldar ötürmənin müəllifidir. (AZƏRTAC)