“Altes Plaza”da yanğın oldu

6 Aprel 2019 09:47 (UTC+04:00)

Yasamal rayonunda İsmail bəy Qutqaşenlı küçəsində yerləşən “Altes Plaza”nın 8-ci mərtəbəsində yanğın baş verib.

Yanğın məişət tullantıları olan eyvanda başlayıb.

FHN-nin yaxınlığda yerləşən 29№ yanğın mühafizə bölməsi hadisə yerinə 3 texnika və canlı qüvvəsini göndərib. Ümumi səylər nəticəsində yanğının qarşısı alınıb, alovun evin içərisinə keçməyə imkan verilməyib.
“Altes Plaza” təhlükəsizlik xidmətinin rəisinin verdiyi məlumata görə, yanğın eyvana tullanmış siqaret kötüyündən başlayıb.

Hadisə zamanı evdə heç kəs olmayıb.

Faktla bağlı araşdırma aparılır. (ONA)