Pakistan 360 hindistanlını azad edəcək

6 Aprel 2019 10:09 (UTC+04:00)

Pakistan apreldə 360 Hindistan vətəndaşını azad etmək niyyətindədir. Məhkumların çoxu balıqçılardır və onlar Pakistanın ərazi sularında qanunsuz balıq ovu səbəbindən həbs olunublar.

Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Feysal məlumat verib.

"Biz humanist siyasətimizi göstəririk, həmçinin qarşı tərəfin də adekvat addım atmasına ümid edirik"- deyə Feysal bildirib.

Qeyd edək ki, Hindistanlı vətəndaşlar 8-29 aprel tarixlərində bir neçə qrup şəklində azad ediləcəklər. (Report)