Başqa kişiyə çılpaq fotosunu göndərən arvadının barmaqlarını kəsdi sonra... Anbaan kadrlar - VİDEO

6 Aprel 2019 10:21 (UTC+04:00)

Türkiyədə əfqanıstanlı kişinin dini nigahda yaşadığı qadını vəhşicəsinə öldürməsinin detalları ortaya çıxıb.

AzNews.az xəbər verir ki, İstanbulun Bahçelievlerdə günlük kirayə verilən evin 3-cü mərtəbəsində tapılan qadın meyitinin şəxsiyyəti müəyyən edilib.

Məlum olub ki, meyit 25 yaşlı əfqan Najıa Arabzaidir. Binanın təhlükəsizlik kameralarını araşdıran polis 3-cü mərtəbəyə əlində ağır çamadan qaldıran bir kişidən şübhələniblər. Görüntülərdəki şəxs çamadanı 3-cü mərtəbəyə çətinliklə qaldırsa da bir neçə saat sonra onu asanlıqla aşağı düşürüb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, 4 uşaq atası olan Zivar G.R. ikinci arvadı olan Najianı boğaraq qətlə yetirib. Meyitin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmasın deyə onun barmaqlarını kəsib ovcunu və üz dərisini soyub. Polis tərəfindən qısa müddət ərzində saxlanılan Zivar G. R. qətli qısqanclıq zəminində törətdiyini etiraf edib. Onun sözlərinə görə, Najia başqa bir kişi ilə danışıb və ona çılpaq fotolarını göndərib.

Aynur

AzNews.az