Beren Saat restoranda 2 saata yaxın kitab oxudu

6 Aprel 2019 11:19 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Kenan Doğulu ilə evliliklərində problem olan aktrisa Beren Saat dünən axşam kameralara yaxalanıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, alış-veriş mərkəzində restoranların birində tək oturub yemək yeyən aktrisa daha sonra 2 saata yaxın kitab oxuyub.

Alış-veriş mərkəzindən çıxarkən fotoları çəkilən Beren Saatın əhvalının yaxşı olması diqqət çəkib.

Qeyd edək ki, keçən həftə ayrılıq xəbərlərinı aktrisa təkzib etmişdi.

Nigar CƏFƏR

AzNews.az