Ermənistan parlamentində transgender söhbəti - VİDEO

6 Aprel 2019 12:35 (UTC+04:00)

Ermənistan parlamentində yenidən insident yaşanıb.

Buna səbəb “İnsan haqlarının milli gündəmi: BMT-nin periodik monitorinqi” mövzusundakı dinləmələrdə “Sağ Tərəf” təşkilatının rəhbəri qadın-transgenderin çıxış etməsi olub.

Çıxışı zamanı Martirosyan inqilabdan sonrakı Ermənistanın parlamentinin tribunasında çıxış etməkdən qürur duyduğunu bildirib. O, Ermənistanın gender bərabərliyinin təmini üçün üzərinə öhdəliklər götürməsi gərəkdiyini, bir sıra qanuni dəyişikliklər etməli olduğunu deyib.

Tribunadan çıxış edən şəxsin transgender olmasını bildikdən dərhal sonra Ermənistan parlamentinin İnsan Haqları və İctimai Məsələlər üzrə Daimi Komissiyasının rəhbəri Naira Zöhrabyan şoka düşüb. Əsəbiləşən Zöhrabyan trangenderi tənqid edərək, dinləmələrin məhkəmə-hüquq reformları, uşaq və əlillərin hüquqlarına aid olduğunu, Martirosyanın çıxışının isə gündəmi pozduğunu bildirib.

Bundan sonra parlamentdəki deputatlar Zöhrabyanın bu tənqidini alqışlayıblar. Martirosyan isə bunu diskriminasiya aktı olduğunu dedikdən sonra Zöhrabyan onun zalı tərk etməsini istəyib. Nəticədə transgender yerindən qalxaraq özünün azsaylı tərəfdarı ilə birgə iclas zalını etiraz olaraq tərk edib. (Axar.az)