FIDE prezidenti Şəmkirdə basketbol oynadı - FOTO

6 Aprel 2019 12:46 (UTC+04:00)

Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin iştirakçıları istirahət günündə basketbol oynayıblar.

Qarşılaşmada şahmatçılarla yanaşı, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak ediblər.

Bir saat davam edən oyun böyük maraqla izlənilib. (AZƏRTAC)