"Ağ xalatı uşaqlıqdan sevmişəm" - pediatr Afaq Səfərova

6 Aprel 2019 14:25 (UTC+04:00)

Afaq xanım, zaman sizi haradan götürüb, hara gətirdi?

- İllər ötdükcə zamanın nə dərəcədə önəmli bir məfhum olduğunu anlayır insan. Məsələn, bir il qabaqkı Afaqla indiki mən arasında böyük fərqlər var. İnsan yaşa dolduqca kamilləşir, həyata baxışı da dəyişir. Kaş ki, indi etdiklərimi valideynlərim illər öncə mənə deyərdilər. İndi bəlkə də daha böyük uğurlar qazanardım.

- Sizcə, nə üçünsə gecikdinizmi?

- Əslində hədəfim uşaqlıqdan bəlli idi. Həkim və professor olmaq. Düzdür, məqsədimə çatdım. Məktəbi bitirdim, Tibb Universitetinə qəbul oldum. Fəlsəfə doktoru olmaq üçün müdafiə etdim. O adı da aldım. İndi hədəfim tibb elmləri doktoru olmaqdır. Bunun üçün də ciddi səylə çalışıram. Bütün bunlara baxmayaraq, düşünürən ki, zamanında daha çox kitab oxuya bilərdim. Çünki kitab oxumağı çox sevirəm. Əsl zəngin olanlar çox oxuyanlardır.

- İndi olduğunuz mövqedən razısınızmı?

- Həm razıyam, həm də narazıyam. Bizim cəmiyyətdə həkimə layiq olduğundan az dəyər verilir. Belə hallar məni çox narahat edir. Mən universitetdə oxuduğum illərdə tibb bacısı kimi fəaliyyət göstərməyə başladım. Sonra internatura, ondan sonra isə klinik adenatura keçdim. Tibb kollecində dərs dedim. Fəlsəfə doktoru adını aldım. Özəl klinikalarda çalışdım və s. Kifayət qədər uzum bir yol qət etmişəm. Bu gün bizim cəmiyyətdə həkimə layiq olduğu dəyər verilsə idi, mən bir nömrəli həkim ola bilərdim.

- Ailəlisinizmi?

- Bəli, iki övladım var.

- Ailə həyatı ilə alınırmı bu iş?

- İnsan istəsə, hər şey alınar. Mən ailə həyatımla işimi balanslaşdırmağa çalışıram.

- İşinizi sevirsiniz. Nədir bu sevginin arxasında yatan sirr?

- İnsanın daxilindən gəlməlidir bu sevgi. Mən insanlara yardım etməklə tanınmaq istəyirəm. Bu iş məni özünə buna görə bu qədər çəkir bəlkə də.

- Sizi qısqananlar varmı?

- Onu deyə bilmərəm. Olsa da, bəyənmədiyim bir şeydir.

- Gözəl xanımsınız. Kifayət qədər izləyiciləriniz var. Onları sizə yazdıqları təriflər sizə necə təsir bağışlayır?

- Düzdür, yüzlərlə mesajlar alıram. Amma bu demək deyil ki, hamısına inanıram (gülür). Hər halda heç kimdən mənfi rəy almamışam.

- Əslində necə birisiniz?

- Hər insan olduğu kimi görünmür bəzən. Mən həmişə olduğum kimi görünməyə çalışıram. Sözü üzə deyə bilirəm. İnsanları tanıdıqca dəyərləndirirəm. Bəzən deyirlər ki, görünüş, geyim önəmli deyil. Mənim üçün önəmlidir.

- Geyim baxımından kompleksiniz varmı?

- Yaş artdıqca daha gənc yaşda geyindiklərini geyinmək olmur. Bəzən komplekslərim olur.

- Nədən qorxursunuz?

- Hər insan kimi mən də ölümdən qorxuram. Lakin insan nə qədər təmiz yaşarsa, onun qorxusu bir o qədər də azalar. Mən də buna çalışıram.

- Bəs nədən qorxurdunuz ki, o da başınıza gəldi?

- Arada müəyyən qədər vəsvəsələrim olur. Amma elə bir şey olmayıb ki, ondam qorxam, o da başıma gəlsin. Ümumiyyətlə, bir qadın otuz yaşına qədər ağıllandısa, yaxşı olacaq. Ağıllanmadısa, onun kitabı bağlanır (gülür). Mən bütün səhvlərimi otuz yaşıma qədər düzəldib geridə qoymuşam.

- Qadın nədir?

- Qadın zərifdir, incədir. Daha çox sevgi və diqqət tələb edir.

- Ala bildinizmi o sevgini?

- Təəssüf ki, ala bilmədim.

- Nəyin dadını itirmisiniz?

- Həyatın dadını itirmişəm.

- Əyninizə ağ xalatı geyinməyəndə özünüzü necə hiss edirsiniz?

- Mən ağ xalatı uşaqlıqdan sevmişəm. Həmişə də dəyər vermişəm. Təəssüf ki, indi ona yetərincə dəyər verilmir.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhətim odur ki, öz arzularından heç zaman əl çəkməsinlər. Tutduqları yolu axıra qədər getsinlər. Yetər ki, nəsə istəsinlər. İnsan istəsə, mümkünsüzləri mümkünə çevirə bilər.

- Mən Hippokrat andını içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın.

- Ağlıma gəlməzdi ki, bu gün o anda dönük çıxan həkimlərimiz olacaq.(stimulxəbər.az)Tibb elmləri üzrü fəlsəfə doktoru - pediatr Afaq Səfərova:"Ağ xalatı uşaqlıqdan sevmişəm"

Tibb elmləri üzrü fəlsəfə doktoru - pediatr Afaq Səfərova:"Ağ xalatı uşaqlıqdan sevmişəm"
Tibb elmləri üzrü fəlsəfə doktoru - pediatr Afaq Səfərova:"Ağ xalatı uşaqlıqdan sevmişəm"
Tibb elmləri üzrü fəlsəfə doktoru - pediatr Afaq Səfərova:"Ağ xalatı uşaqlıqdan sevmişəm"
Tibb elmləri üzrü fəlsəfə doktoru - pediatr Afaq Səfərova:"Ağ xalatı uşaqlıqdan sevmişəm"

AzNews.az