Nazirlər Kabineti Aparatının əməkdaşları ağac əkiblər - FOTO

6 Aprel 2019 14:41 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) AzNews-a verilən məlumata görə, aksiyada Nazirlər Kabineti Aparatının əməkdaşları və ETSN-in kollektivi iştirak ediblər.

“Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiya zamanı 2 hektar ərazidə 1500 badam ağacı əkilib.

Qeyd edək ki, ağac tingləri ETSN-nin "Azəryaşlandşaft" ASC və Meşələrin inkişafı departamentinin tinglik sahələrində yetişdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağacəkmə aksiyalarına qoşulmağa çağırır.

AzNews.az