Selfi 3 nəfərin həyatına son qoydu - İranda

6 Aprel 2019 15:43 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu vilayətin polis rəisinin müavini Kavus Məhəmmədi deyib.

K.Məhəmmədinin sözlərinə görə, bir neçə ailə istirahət etmək üçün Koro kəndinə gedib. Çay kənarında selfi çəkməklə məşğul olan üç nəfər suya düşüb və üzə bilmədikləri üçün boğulublar.

Faktla bağlı araşdırmanın aparıldığı bildirilib.

AzNews.az