"İnsanların həyatının yaxşılaşdırılması dövlətin əsasını təşkil edir"

6 Aprel 2019 18:35 (UTC+04:00)

Trend-in məlumatına görə, bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov Sabirabad şəhərində Prezident İlham Əliyevin rəhbərliyi altında sosial sahədə uğurla həyata keçirilən islahatlara həsr olunmuş regional müşavirədə nitqində səsləndirib.

Ə.Əhmədov deyib ki, bütövlükdə Azərbaycanda son 15 il ərzində insanların işlə təmin olunması istiqamətində əhəmiyyətli addımlar atılıb:

"2 milyona yaxın yeni iş yerlərinin yaradılması Azərbaycan Prezidentinin atdığı ən ciddi sosial addımdır. Sual oluna bilər ki, niyə indi Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin sosial yönümü qabarıq şəkildə ortaya çıxıb. Təbii ki, insanların həyatının yaxşılaşdırılması Azərbaycan dövlətinin, ölkə Prezidentinin həyata keçirdiyi strategiyanın əsasını təşkil edir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi insanlarımızın rifah halının yaxşılaşdırılmasından savayı vacib vəzifə yoxdur”.

AzNews.az