Ərdoğan aprelin 8-də Rusiyaya səfər edəcək

6 Aprel 2019 20:30 (UTC+04:00)

Trend-in Türkiyə başçısının mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, Ərdoğan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasında iştirak edəcək.

İclas çərçivəsində ikitərəfli münasibətlər, regional məsələlər, o cümlədən Suriyadakı vəziyyət müzakirə olunacaq. Həmçinin müxtəlif razılaşmaların imzalanması planlaşdırılır.

Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin həmçinin hər iki ölkənin iş adamları ilə görüşəcək.

AzNews.az