"Sevilya" klubunun baş məşqçisində qan xərçəngi aşkarlandı

7 Aprel 2019 23:55 (UTC+04:00)

İspaniyanın "Sevilya" futbol komandasının baş məşqçisi Xoakin Kaparrosun qanında xərçəng aşkarlanıb.

Bu barədə 63 yaşlı mütəxəssisin özü "Valyadolid"ə 2:0 hesabı ilə qalib gəldikləri La Liqanın XXXI tur matçından sonra açıqlama verib. Kaparros müalicəyə ehtiyacının olduğunu və komandada mövsümün sonunadək çalışacağını bildirib. Təcrübəli mütəxəssis ona "Sevilya"ya Çempionlar Liqasına vəsiqə qazandırma missiyasını davam etdirmək imkanı yaratdığı üçün klub rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, La Liqada 31 turdan sonra "Sevilya" 49 xalla 5-ci pillədə qərarlaşıb və 4-cü pillədəki "Xetafe"dən cəmi 1 xal geri qalır.

AzNews.az