Bakıda 4 otaqlı ev yandı

8 Aprel 2019 09:29 (UTC+04:00)

Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı ev yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az