Məşhur türk aktyoru, şoumen Eser Yenenler ilə “2015 Miss Turkey” yarışmasının dördüncü gözəli Berfu Yıldız dünən axşam nişanlanıb.
Cütlük məclisdən sonra Leventdə bir məkanda dostları ilə günü qeyd edib.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, səhər saatlarına qədər davam edən əyləncəyə Oğuzhan Koç, İbrahim Büyükak, Fettah Can və həyat yoldaşı Cansu Kurtçu da qatılıb.
Evlilik təklifini etdiyi üzüyünün qaşı kiçik olduğu üçün sosial medianın dilinə düşən Eser Yenenler çıxışda məsələ ilə bağlı zarafat da edib: “Bu dəfə üzüklər bahalı. Valla pula qıydım."
Səidə Vahid
AzNews.az