Parlamentə aralıq seçkilər keçirilir

27 Aprel 2013 11:44 (UTC+04:00)
Bu gün üç majoritar seçki dairəsində Gürcüstan parlamentinə aralıq seçkilər keçirilir.

Trend-in məlumatına görə, üç dairədə açılan bütün 177 məntəqəyə artıq ilk seçicilər gəlib.

Ümumilikdə seçkilərdə 13 siyasi partiya və 1 müstəqil blok iştirak edir. Seçkilər Nadzaladevi, Samtredia və Baqdati seçki dairələrində keçirilir.

Seçkiləri 20 QHT, 7 beynəlxalq və 17 media təşkilatı müşayiət edir.

AzNews.az