Nəcməddin Sadıkov Kral HHQ-nin Əməliyyat Mərkəzində - FOTOLAR

8 Aprel 2019 11:15 (UTC+04:00)

Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) Əməliyyat Mərkəzini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, N.Sadıkovla Səudiyyə Ərəbistanı HHQ-nin komandanı Turki bin Bəndər bin Əbdüləziz arasında görüş keçirilib.

Tərəflər iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

AzNews.az