Elzadan Damlaya cavab, Aygün Kazımovaya isə...

8 Aprel 2019 11:50 (UTC+04:00)

Müğənni Damla “ATV maqazin onlarla” verilişində yenidən qalmaqal yaşadığı əməkdar artist Elza Seyidcahanın ünvanına söz atıb.

Damla verilişdə Elza Seyidcahanın “Bir dəlinin rəssamı” adlı kitabının cəmiyyət üçün əhəmiyyət kəsb etmədiyini deyib: “Tərbiyəvi əhəmiyyətli, cəmiyyət üçün yararlı şeirlər deyil. Şəklimi cıran, hörmətsilik edən adamın kitabını təbliğ edə bilmərəm”.

Əməkdar artistin Damlaya cavabı gecikməyib.

O, AzNews.az-a açıqlamasında bu sözləri deyib.

“Damla şeirlərim haqqında yazılan rəylərə baxsın. Tarix (Tolik) Əliyev və Röya Ayxan da sosial şəbəkədə şeirlərimdən ibarət rolik paylaşıblar”.

Elza Seyidcahan aprelin 28-də baş tutacaq konsert hazırlıqlarından da danışıb:

“Konsertimdə bütün tərzlərdə, pop-rok, klassika və s. janrlarda əsərlər ifa edəcəm. Nəsiminin sözlərinə həsr etdiyim kompozisiyanı səsləndirəcəm. Son zamanlar Nəsimi haqqında çox mübahislər oldu. Eləcə də balet olacaq, qeyri-adi rəqslər oynayacam. İndiyəqədək heç kim o rəqsləri etməyib. Elə müğənnilər var ki, onların nə ritmləri var, nə də üslubları? Mənim dünyaşöhrətli rəqs müəllimim deyir ki, bəzi xalq artisləri ilə məşq edən zaman hərəkətləri düzgün edə bilmirlər. Başa düşmürəm ki, necə oxuyurlar?”.

Əməkdar artist “Şou-biznesdə Aygün Kazımovanın performansı maraqla qarşılanır. Siz onu nəzərdə tutursunuz?” sualına isə belə cavab verib:

“Biz Aygün xanımla başqa tərzlərdə olan sənətkarlarıq. Onun janrı başqa, mənimki başqa. Hər birimiz öz sahəmizdə öz işimizin ustadıyıq. Aygün xanıma söz atmıram, onu nəzərdə tutmuram. Başqa müğənniləri nəzərdə tuturam”.

Rəqsanə

AzNews.az