Qəbiristanlıqdan oğurluq edən ata və oğlu saxlanıldı

8 Aprel 2019 12:35 (UTC+04:00)

Bakıda qəbiristanlıqdan oğurluq edən ata və oğlu saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə ötən ilin oktyabr ayından bu il martın 20-dək olan müddətdə Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbirstanlıqdan 700 manat dəyərində dəmir çərçivələrin oğurlanması barədə müraciət daxil olub.

Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dostəliyev və oğlu C.Dostəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

AzNews.az