Bakı şəhərində ölüm hadisəsi baş verib.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cü il təvəllüdlü Nuriyeva Raya Qasım qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
AzNews.az