Prezidentliyə namizədlər arasında debatla bağlı fikir ayrılığı yaranıb

8 Aprel 2019 13:28 (UTC+04:00)

Deyilən tarixdə və məkanda Poroşenko ilə debata hazıram, orada bütün suallarımı ünvanlayacağam.

Bu sözləri Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski rəqibi Petro Poroşenko ilə aprelin 19-da Kiyevin mərkəzi “Olimpiya” stadionunda debatın keçirilməsinə razılıq verərək deyib.

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko isə Zelenski ilə debatın aprelin 14-də Kiyevin mərkəzi “Olimpiya” stadionunda keçirilməsini istəyir.

“Aprelin 14-də Zelenskini onun arzusu ilə “Olimpiya” stadionunda gözləyirəm. Düşünürəm ki, debatın axşam 19:00-da başlaması münasib vaxtdır. Mən bütün vətəndaşları, telekanalları, KİV nümayəndələrini debata dəvət edirəm”, - deyə P.Poroşenko “Ukrayna” telekanalına müsahibəsində bəyan edib.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.(AZƏRTAC)

AzNews.az