“Hacı Nuranın qucağındakı körpə 10 milyonuncu sakin deyil” - Direktor

8 Aprel 2019 13:52 (UTC+04:00)

“Hacı Nuran Respublika Perinatal Mərkəzində olmayıb və heç bir körpə ilə də şəkil çəkdirməyib”.

Bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin baş həkimi Sevinc Məmmədova deyib.

O qeyd edib ki, həmin körpə dünyaya gələndən sonra Respublika Perinatal Mərkəzinə heç bir jurnalist, yaxud hansısa məşhur şəxs gəlməyib: “Hacı Nuran ümumiyyətlə burada olmayıb. O, heç buranın ünvanını bilmir. Onun şəkil çəkdirdiyi qucağındakı körpə 10 milyonuncu sakin deyil”.(report.az)

AzNews.az