“Turan” agentliyi Yerevan turizmini təbliğ edir

8 Aprel 2019 15:15 (UTC+04:00)

Belə küt baltalar indi də mövcuddur. Götürək, elə “Turan” informasiya agentliyini! Adı bizim, dadı başqasının olan bu media vasitəsi bu günə qədər də erməni dəyirmanına su tökdüyünü boynuna almır, baxmayaraq ki, hər dəfə bunun belə olması ilə bağlı qarşısına ciddi faktlar qoyulub, dəlillər göstərilib.

Bu dəfə isə sözügedən agentlik açıq şəkildə Ermənistanı təbliğ etməkdən, Yerevanın turizm potensialını göstərməkdən çəkinmir. Belə ki, agentliyin ingilis dilli versiyasında “Trip to Yerevan” – “Yerevana səfər” başlıqlı lövhə yer alır. Haqlı olaraq, belə təəssürat yaranır ki, sayt İrəvanın turizm imkanlarını təbliğ edir. Çünki, təqdimat və fonda əks olunan dağ mənzərəsi bunu deməyə əsas verir. Necə ki, turizm amaclı reklam çarxlarının təqdimatı da məhz bu cür həyata keçirilir.

Fotonu təqdim edirik:

AzNews.az