Damlanın adını çəkən Anara Elzadan sərt reaksiya - VİDEO

8 Aprel 2019 14:43 (UTC+04:00)

Stilist Anar Ağakişiyev "Söhbət var" verilişinin qonağı olub.

AzNews.az-ın məlumatına görə, veriliş zamanı stilist aşıq Telli Borçalı, müğənni Rəhim Rəhimli və Damlanı təqlid etməli olub. Digər qonaqlar isə onların kim olduğunu bildirib.

Damlaya gəldikdə isə Anar "Yağış, xəncər... Nömrə bir" sözlərini deyib. Əməkdar artist Elza Seyidcahan isə "Bildim kimi deyirsən, amma heç vaxt adını çəkməyəcəyəm" cavabını deyib.

"Hazırda gördüklərimə əsasən bunu deyirəm. O gün bir video gördüm, nə qədər insan Damlanın avtomobilinin ətrafına yığışmışdı" deyə, Elzanın təəccübünə reaksiya verib.

"Sən niyə kütləyə düşmürsən, düş də... Bu fakt deyil, kütlə üçün deyil... Kütlə üçün əladır, bir nömrədir, sənin üçün ola bilməz. Söhbət musiqidən gedir" deyərək Elza etirazını bildirib.

Anar isə "Kütlə üçün, özüm üçün demədim axı" cavabını verərək onu sakitləşdirməyə çalışıb.

Aynur

AzNews.az