Rəşad İlyasov AzTV-dən çıxarılıb? - Rəsmi açıqlama

8 Aprel 2019 15:44 (UTC+04:00)

Əməkdar artist Rəşad İlyasovun Azərbaycan Dövlət Televiziyasının (AzTV) solistliyindən çıxarılması haqda məlumat yayılıb. Buna səbəb ifaçının Rüfət Axundovla birlikdə “Space” kanalında səsləndirdiyi mahnıda qeyri-etik sözləri təkrar etməsi olub.

AzTV-nin “İctimai-siyasi proqramlar” redaksiyasının baş redaktoru Sərvər Bayramovun AzNews.az-a açıqlamasında yayılan məlumatın əssasız olduğunu deyib:

“Bu məsələ haqda Milli Televiziya və Radio Şurası araşdırma aparır. Araşdırmanın ilkin rəyinə görə Rəşad İlyasov günahkar deyil. AzTV-yə onun günahkar olması haqda faktlar gəlməyib. O məsələyə adı hallanan ifaçı Rüfət Axundov cavabdehdir. Onun da kanalımıza aidiyyatı yoxdur”.

Rəqsanə

AzNews.az