Rüfət Axundova daha bir zərbə

8 Aprel 2019 17:49 (UTC+04:00)

Müğənni Rüfət Axundov çalışdığı Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində vokal kursunun rəhbəri vəzifəsindən çıxarılıb. Buna səbəb Rüfət Axundovun “Space” TV-də qeyri-etik ifadə işlətməsi olub.

Bu haqda AzNews.az-a Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası ifaçıya görə kanala cərimə təyin edib və efir qadağası haqqında ona xəbərdarlıq edib.

Rəqsanə

AzNews.az