Rusiya millisinin sabiq baş məşqçisinə qarşı intizam işi açıldı

8 Aprel 2019 18:56 (UTC+04:00)

Hollandiya Futbol Birliyi "Vitess" komandasının baş məşqçisi Leonid Slutskiyə qarşı intizam işi açıb.

Buna səbəb 48 yaşlı mütəxəssisin çempionatın XXIX turunda evdə PSV ilə matçda hakim Serdar Gözübüyükü tənqid etməsidir. Slutski referini dünyanın ən pis hakimi adlandırıb.

Bildirilib ki, ilkin istintaq işin bütün halları dəqiqləşdirilənə qədər keçiriləcək.

Qeyd edək ki, qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. "Vitess" hazırda 43 xalla 7-ci yerdədir. 71 xalı olan PSV "Ayaks"la birlikdə 1-2-ci yerləri bölüşdürür. Rusiya milli komandası 2016-ci ildə keçirilən Avropa çempionatında Leonid Slutskinin rəhbərliyi altında çıxış edib. (report)

AzNews.az