SON DƏQİQƏ! Lənkəranskinin "qardaşı" güllələndi

8 Aprel 2019 19:34 (UTC+04:00)

Məşhur “qanuni oğru”, kriminal aləmdə “Şeyx Xəmzət” kimi tanınan Xəmzət Qastəmirov sui-qəsdə məruz qalıb.

Hadisə Almaniyanın paytaxtı Berlində baş verib.

Belə ki, günorta saatlarında silahlı 4 nəfər Qastamirova və cangüdənləri Abubakar Qstamirovla Bislan Qaytukaevə avtomatdan atəş açıblar. Xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Onların həyatı üçün təhlükə davam edir.

Qeyd edək ki, “Şeyx Xəmzət” 2016-cı ildə İstanbulda qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur. (yeniçağ.az)

AzNews.az