Putin Ərdoğanla S-400 üzrə müqavilənin reallaşdırılmasını müzakirə etdi

8 Aprel 2019 21:48 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə S-400 zenit-raket sistemlərinin Türkiyəyə satışı müqaviləsinin reallaşdırmasını müzakirə edib.

"Rusiya və Türkiyənin hərbi-texniki sahədə əməkdaşlığının vəziyyəti, xüsusi halda S-400 zenit-raket sistemlərinin Türkiyəyə tədarükü müqaviləsinin reallaşdırıması müzakirə edildi", - deyə Putin danışıqların nəticəsi barədə danışarkən bildirib.

Onun sözlərinə görə, hərbi-texniki əməkdaşlıq çərçivəsində başqa cari və perspektivli layihələrdən də söhbət açılıb. (report)

AzNews.az