Ermənistanda 46 yaşlı kişi amansızlıqla öldürülərək cəsədi yandırıldı

9 Aprel 2019 08:36 (UTC+04:00)

Ermənistanda 46 yaşlı kişi amansızlıqla öldürülərək cəsədi yandırılıb.

Ermənistan mətbuatına istinadən xəbər verilir ki, hadisə Alaverdi şəhərində baş verib.

Belə ki, 46 yaşlı Arsen Sardaryan çoxsaylı bıçaq xəsarətləri ilə öldürülüb. Qatil bundan sonra onun cəsədini yandırıb.

Hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı Kamo Kiraksyan saxlanılıb.

Daha əvvəl Yerevanda naməlum şəxsin açdığı atəş nəticəsində Ermənistan ordusunun zabiti yaralanıb. (Report)