ABŞ-ın dövlət katibi iranlı generalı terrorçu adlandırdı

9 Aprel 2019 08:56 (UTC+04:00)

ABŞ Dövlət Departamenti İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan “Qüds” xüsusi hərbi birləşməsinin rəhbəri general-mayor Qasım Süleymanini terrorçu hesab edir.

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə dövlət katibi Mayk Pompeo deyib.

“Bəli, o terrorçudur”, - deyə Pompeo “Fox News” telekanalına müsahibəsi zamanı sualı cavablandırarkən bildirib. (ONA)