Misir prezidenti ABŞ-a getdi

9 Aprel 2019 08:58 (UTC+04:00)

"TASS"ın verdiyi məlumata görə, bu səfər əs-Sisinin Misir prezidenti seçildikdən sonra ABŞ-a ikinci səfəridir.

Bildirilir ki, Misir prezidenti səfər çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşəcək. Bu iki liderin 6-cı görüşü olacaq.

Məlumata əsasən, görüş zamanı tərəflər Birləşmiş Ştatlar və Misir arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi məsələlərini, o cümlədən sıx hərbi, iqtisadi və terror əleyhinə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.(trend.az)

AzNews.az