Maradona Bakıya gələ bilər

9 Aprel 2019 09:07 (UTC+04:00)

Həlledici qarşılaşmada iştirak etməyə namizəd klublardan biri də “Napoli”dir.

1/4 finalda “Arsenal”la ilə üz-üzə gələcək neapollular Bakıya gəlməyə ən real namizədlərdən biridir.

“Napoli” AL finalında iştirak etsə, komandanın əfsanəsi Dieqo Maradona da paytaxtımıza gələcək. Onunla birlikdə İtaliya yığmasının keçmiş üzvü Çiro Ferrara Azərbaycanda keçiriləcək finalı stadiondan izləyənlər arasında olacaq.

Qeyd edək ki, Napoli 30 il əvvəl, 1989-cu ildə UEFA kubokunu qazanıb. O vaxt heyətdə Maradona və Ferrara da olub. 30 ildən sonra bu kuboku qazanmaq istəyən italyanlara Maradona Bakıda dəstək olacaq.(qafqazinfo.az)

AzNews.az