İngilis turist Pompey mozaikasını oğurlamağa cəhd etdi

9 Aprel 2019 09:27 (UTC+04:00)

İyirmi bir yaşlı qadın arxeoloji sahədəki qoruyucu kəməri keçərək mozaikanın hissələrini çıxarmağa cəhd edib.

Hadisə yerini tərk etməyə çalışan qadın polis tərəfindən tutulub. Hadisə nəticəsində mozaikaya təxminən 3 min avro dəyərində ziyan dəyib.

Qeyd edək ki, dəfələrlə mozaikanın hissələrini əldə etmək istəyənlər olub.(AZƏRTAC)

AzNews.az