Ayağı tualetdə sıxılan uşağı təcili yardım xilas etdi

9 Aprel 2019 11:19 (UTC+04:00)

Çinin Guizhou əyalətində bir uşağın ayağı tualetin içində qalıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, təcili yardım əməkdaşlarının köməyi nəticəsində 7 yaşlı uşaq hadisədən yara almadan xilas ola bilib.

Onlar 10 dəqiqə içərisində tualeti sındırmağı bacarıblar.

Səidə Vahid

AzNews.az