Tanınmış aktyor 8 saat restoranda oturdu - "Yerindən tərpənmədi"

9 Aprel 2019 11:24 (UTC+04:00)

Türkiyəli məşhur aktyor Ali Sunal dünən kameralara yaxalanıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktyor həyat yoldaşı Nazlı Sunal ilə birlikdə restoranda 8 saat oturub. Səhər saat 10-da restorana girən cütlük dostları ilə görüşərək söhbət ediblər.

Ali Sunalın hamilə həyat yoldaşı arada qalxıb gəzsə də, Ali Sunal 8 saat yerindən tərpənməyib.

Cütlük saat 6-da restoranı tərk edib.

Nigar CƏFƏR

AzNews.az