Amerikalı aktyor vəfat etdi

9 Aprel 2019 11:18 (UTC+04:00)

84 yaşlı aktyor Los-Ancelesdə dünyasını dəyişib.

Onun Altsheymer xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

S. Kassel Con Kassavetsin 1968-ci ildə çəkdiyi “Üzlər” filmindəki rolundan sonra məşhurlaşıb.

O, bu filmdəki roluna görə ikinci dərəcəli aktyor nominasiyasında “Oskar”a layiq görülüb.

Seymur Kassel 190-dan çox filmdə çəkilib.(ona.az)

AzNews.az