Məşhur türk serialındakı erotik hamam səhnəsi reytinqləri alt-üst etdi - VİDEO

9 Aprel 2019 11:28 (UTC+04:00)

Türkiyənin reytinqli seriallarından biri olan "Kardeş çocukları"nın son seriyasında yer alan səhnə hər kəsin diqqətini çəkib.

AzNews.az xəbər verir ki, baş rollarda Mehmet Aslantuğ, Ayça Bingöl, Nur Fetullahoğlu kimi sənətkarların yer aldığı serial reytinqləri alt-üst edib.

10-cu seriadakı final səhnəsi isə hər kəsi şoka salıb. Umay obrazını canlandıran baş rol xarakterinin evdə olmamasından faydalanan evin xidmətçisi onun vanna otağında çimməyə qərar verir. Lakin ev sahibinin həyat yoldaşı mənzilə erkən qayıdır. Bu zaman yataq otağının hamamından gələn səslər onun diqqətini çəkir və o, vanna otağına girir. Bu zaman onu görən xidmətçi həyəcanlanaraq çılpaq halda vannadan qalxır. Ev sahibi əvvəlcə təbccüblənsə də sonradan gülümsəyərək qapını örtür. Bu kadrlar sosial mediada izləyicilərin böyük müzakirəsinə səbəb olub.

Sözügedən görüntüləri sizə təqdim edirik:

Aynur

AzNews.az