Putin Trampın bu addımını pislədi

9 Aprel 2019 11:24 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın İsrailin Qolan təpələri üzərində suverenliyini tanımaqla bağlı qərarına reaksiya verib.

TASS-ın məlumatına görə, o, bu barədə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla keçirilən görüşün yekunlarına dair mətbuat konfransında çıxışında söz açıb.

Putin bildirib ki, Moskvanın mövqeyi artıq Rusiya XİN-in bununla bağlı rəsmi bəyanatında göstərilib. Onun sözlərinə görə, Vaşinqtonun hərəkətləri BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələri ilə ziddiyyət təşkil edir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp martın 25-də Qolan təpələrinin İsrailin bir hissəsi kimi tanınması ilə bağlı bəyannamə imzalayıb.(oxu.az)

AzNews.az