İsraildə səs vermə başladı - 41 partiya mübarizə aparacaq

9 Aprel 2019 11:39 (UTC+04:00)

İsraildə xalq 120 mandatlı məclisə girəcək millət vəkillərini müəyyənləşdirmək üçün səs verməyə gedib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, seçkilər yerli saatla 08:00-da başlayıb. Sandıqlar axşam saat 23:00-da bağlanacaq.

Son illərdəki ən çəkişməli seçkilərdən biri olacağı deyilən seçkidə 41 partiya 5 milyon 800 mindən çox seçicinin səsini almaq üçün mübarizə aparacaq.

İsrailin baş naziri Binyamin Netanyahu həyat yoldaşı Sara ilə yerli saatla 11:30-da Qərbi Qüdsdə bir məktəbdə səs verəcək.

İsrail mətbuatında yer alan xəbərlərə görə, Netanyahunun rəhbərliyindəki Likud partiyasının seçkiləri az fərqlə qazanacağı gözlənilir.

Netanyahunun partiyasının rəhbərlik etdiyi sağçı partiyaların 120 mandatlı yerə ən azı 65 millət vəkili göndərəcəyi təxmin edilir.

Pərvanə Ağazadə

AzNews.az